|
|
|
|

Avropanın aviasiya və təyyarə istehsalı şirkəti Airbus, peyk layihələrində itkiləri artırdıqdan sonra Müdafiə və Kosmos departamentində 2500 nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Airbus tərəfindən edilən açıqlamada, xüsusilə zərər verən Kosmos Sistemlərində "mürəkkəb iş mühiti" səbəbindən yeni tədbirlərin görüləcəyi və kosmos departamentinin işçi qüvvəsinin yenidən strukturlaşdırılacağı ifadə edilib.
“Bu tədbirlər nəticəsində 2026-cı ilin ortalarına qədər Airbus Müdafiə və Kosmik bölməsində 2500-ə qədər mövqenin azaldılması gözlənilir”, - deyə məlumatda bildirilib.
Şirkətin açıqlamasında, ixtisarların təfərrüatlarının sosial tərəfdaşlar, xüsusilə də həmkarlar ittifaqları ilə birlikdə müəyyən ediləcəyi də vurğulanıb.
Malik Atilay



