|
|
|
|

Peru məhkəməsi 2001-2006-cı illərdə ölkəyə rəhbərlik etmiş Alexandro Toledoya 20 il 6 ay həbs cəzası verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Toledo cinayət tərkibli sövdələşmələrdə, çirkli pulların yuyulmasında ittiham olunub.
Bundan başqa eks-prezident rüşvət almaqda da günahlandırılıb. Məhkəmə sübut edib ki, o, hakimiyyətdə olduğu dövrdə Braziliya ilə Peru arasında layihələşdirilən yolun çəkilməsi üçün Braziliyanın "Odebrecht" şirkətindən 35 milyon dollar rüşvət alıb.
Qeyd edək ki, hələ 2017-ci ilin fevralında məhkəmə Toledonun həbs olunması üçün order vermişdi. Amma eks-prezidentin Kaliforniyada yaşaması vəziyyəti çətinləşdirirdi. Hər halda 2023-cü ilin aprelində həbs olunan Toledo az sonra vətəninə ekstradisiya olunaraq məhkəmə qarşısına çıxarıldı.
L.Tağıyeva



