|
|
|
|

Kolumbiya polisi İtaliya mafiyasının "xaç atası" hesab olunan Qustavo Noçellanı Medelin şəhərində həbs edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə polisinin rəhbəri Salamanka Ramires sosial şəbəkə hesabında paylaşım edib.
Maraqlıdır ki, uzun illərdir polisin təqib etdiyi Noçellanın ələ keçməsinə bilyard masası səbəb olub. Kolumbiyada yaşayan və yerini tez-tez dəyişən Noçella getdiyi yerə həmişə özü ilə bilyard masası aparırmış ki, bu da polis üçün ipucu olub.
Qeyd edək ki, dünyada ən məşhur narkotacirlərdən biri olan "Germes" ləqəbli Qustavo Noçellanın Cənubi Amerika mafiyaları ilə sıx əlaqələri olduğu məlumdur.
L.Tağıyeva



