|
|
|
|

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Britaniya koalisiyasının təyyarələrinin Səna və Səada şəhərlərinə 15 hava zərbəsi endiriblər.
525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-İngiltərə koalisiyasına aid təyyarələr paytaxt Sənanın şimal və cənubunda Əl-Həfa və Curban kimi bölgələrə 6 hava zərbəsi endirib.
Koalisiya təyyarələri də Saada şəhərinin şərqindəki Kehlan və Əl-Ubla bölgələrinə 9 hava zərbəsi endirib.
Digər tərəfdən ABŞ Müdafiə Naziri Lloyd Austin, ABŞ Hərbi Hava Qüvvələrinin Yəməndə husilərin nəzarətində olan ərazilərdə "yeraltı silah anbarları"na 5 dəqiq hücum təşkil etdiyini açıqlayıb.
Austin qeyd edib ki, bu hücumlar əvvəllər istifadə edilən döyüş təyyarələrindən çox daha böyük və çox daha ağır bomba daşıya bilən B-2 bombardmançıları ilə həyata keçirilib.
Malik Atilay



