|
|
|
|

Belçikanın Şarlerua hava limanında mühafizəçilərin tətil aksiyası səbəbindən sabah uçması planlaşdırılan bütün reyslər ləğv edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Şarlerua hava limanı təhlükəsizlik işçilərinin sabah tətilə başlayacağını və bütün xarici uçuşların ləğv edildiyini açıqlayıb.
Açıqlamada hava limanında təhlükəsizlik əməliyyatlarını təmin etmək üçün kifayət qədər personalın olmayacağı, sabah reysləri olan sərnişinlərin yeni rezervasiya edə və ya pulunu geri ala biləcəkləri bildirilib.
Qeyd edək ki, oktyabrın 1-də təhlükəsizlik işçilərinin tətili səbəbindən Brüssel hava limanında bütün uçuşlar ləğv edilib.
Malik Atilay



