|
|
|
|

İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanında dünəndən bəri 4 partlayış baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) Marapidə vulkanik fəaliyyətlərin artdığını açıqlayıb.
Açıqlamada dünən səhər saatlarından etibarən vulkanda 4 fərqli partlayışın baş verdiyi və vulkanın kül səpdiyi bildirilib. Yerli vaxtla saat 07:00-da baş verən ilk partlayışda vulkanın təxminən 1000 metr hündürlüyə kül atdığı, ikinci və üçüncü partlayışların isə dünən baş verdiyi açıqlanıb.
Bu gün səhər saatlarında baş verən dördüncü partlayışda vulkanın təxminən 800 metr hündürlüyündə kül səpdiyi bildirilib.
2024-cü ilin may ayında Marapi vulkanının püskürməsi nəticəsində toplanan qaya, kül və torpaq yığınının sürüşməsi nəticəsində 67 nəfər həyatını itirib.
Qeyd edək ki, "Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var. Ölkənin Sumatra adasında yerləşən Marapi dünyanın ən aktiv vulkanlarından biridir və ani püskürmələri ilə tanınır.
Malik Atilay



