|
|
|
|

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk vilayətində Tsukurino yaşayış məntəqəsini nəzarətə götürdüyünü bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri barədə məlumat verilib.
Bəyanatda Rusiya ordusunun Ukraynadakı mövqelərini yaxşılaşdırdığı və Mərkəzi Hərbi Qrupun birlikləri fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Tsukurino qəsəbəsini azad etdiyi bildirilib.
Malik Atilay



