|
|
|
|

Nigeriyada aylardır davam edən leysan yağışları nəticəsində meydana gələn daşqınlarda həyatını itirənlərin sayı 321-ə yüksəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Anambra qubernatoru Çukvuma Soludo paytaxt Abucadakı Prezident İqamətgahında keçirilən Milli İqtisadi Şuranın (NEC) iclasından sonra jurnalistlərə açıqlama verib.
Soludo aprel-oktyabr ayları arasında davam edən leysan yağışlar səbəbindən ölkənin 217 bölgəsində daşqınların baş verdiyini bildirib.
Seldə həyatını itirənlərin sayının 321-ə yüksəldiyini qeyd edən Soludo, 2 854 nəfərin yaralandığını vurğulayıb.
Sellərdən 1 milyon 300 mindən çox insanın zərər çəkdiyini bildirən Soludo: "Sellər səbəbiylə 740 min 743 adam məcburi köçkün olub, 281 min ev zərər görüb", - deyib.
Qubernator Soludo, NEC-in Su Ehtiyatları və Kanalizasiya Nazirliyinə daşqının dağıdıcı təsirini azaltmağa yönəlmiş bir addım olaraq ölkənin su yollarının və bəndlərinin vəziyyətinin hərtərəfli bütövlüyünə baxılmasına başlamaq üçün göstəriş verildiyini bildirib.
Malik Atilay



