|
|
|
|

Respublikaçılar Partiyasının namizədi Donald Tramp prezident seçkilərində qalib gələrsə, amerikalı iş adamı İlon Mask Vaşinqton və Pekin arasında əsas vasitəçi ola bilər.
525.az xəbər verir ki, bu barədə “Bloomberg” ekspertlərə istinadən yazıb.
Nəşr bildirir ki, Mask Tesla avtomobillərinin istehsalında Çinlə əməkdaşlıq edir və bu ölkədə geniş biznes maraqlarına malikdir. Bütün Tesla avtomobillərinin yarısı Çində istehsal olunur. Beləliklə, Pekin şirkətə Çində işləmək üçün müəyyən azadlıqlar və güzəştlər təqdim edir.
Mask Çindən gələn bütün mallara 60% rüsum tətbiq etmək istəyən Trampın mövqeyindən fərqli olaraq, ABŞ-ın Çin elektrik avtomobillərinə tətbiq etdiyi tariflərlə razılaşmadığını bildirib. Bundan əlavə, iş adamının fikirləri Pekinin siyasəti ilə, məsələn, Tayvan məsələsində üst-üstə düşür.
Pərvanə Sultanova



