|
|
|
|

Barselonanın Jozep Tarradelyas adına "El-Prat" hava limanı pis hava şəraitinə görə 50 reysin ləğv olunması barədə məlumat yayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 17 reys eyni səbəbdən başqa səmtlərə yönləndirilib.
Məlumatda o da bildirilir ki, qarşıdakı günlərdə havadan asılı olaraq, vəziyyəti nəzarətdə saxlamaq üçün monitorinq qrupu yaradılıb.
Qeyd edək ki, "El-Prat" sərnişin daşınmasına görə Kataloniyada birinci, İspaniyada isə ikincidir.
L.Tağıyeva



