|
|
|
|
Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 6,268 milyon ton tranzit yükü daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
525.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, təkcə oktyabr ayında isə tranzit yükdaşıma ötən ilin eyni dövrünə nisbətən 14 % artaraq 615 min ton olub.