|
|
|
|
Dekabrın 3 və 4-ü tarixlərində Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
525.az APA-ya istinadən xəbər verir ki, “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusunda keçiriləcək Forum 8 paneldən ibarət olacaq.
Forumda maliyyə sektorunun aparıcı nümayəndələri, bank rəhbərləri, tənzimləyici qurumların yüksək səviyyəli rəhbərləri, fintech sektoru, assosiasiyalar və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edəcək. Ümumilikdə Forumda maliyyə sektorunun 100 aparıcı şirkəti və min iştirakçı təmsil olunacaq.
Tədbirdə həmçinin sərgi sahəsi və müxtəlif mövzular üzrə onlayn çıxışlar da yer alacaq.
Qeyd edək ki, VIII Beynəlxalq Bankçılıq Forumu Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi Bankın təşkilatçılığı ilə keçirilir.