|
|
|
|

Osman Həmdi bəyin 1879-cu ilə aid "Bursa Ulu Məscidinin Qarşısı" adlı tablosu Parisdə keçirilən hərracda 571 min 500 avroya satılıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, Türkiyə incəsənət tarixinin ən önəmli rəssamlarından biri, “Tısbağa Təlimçisi” adlı məşhur əsərin sahibi Osman Həmdi bəyin tablosu Parisdəki Drouot Hərrac Evində hərraca çıxarılıb.
Həmdi bəyin 1879-cu ilə aid “Bursa Ulu Məscidi Qarşısı" adlı tablosu hərracda 571 min 500 avroya satılıb. Rəsmin Türkiyədə mədən şirkətinin sahibi olan şəxs tərəfindən telefon danışığı ilə alındığı açıqlanıb.
Qeyd edək ki, Osman Həmdi bəyin 60x42 santimetr ölçüsündə yağlı boya ilə çəkdiyi rəsm əsəri rəssamın orijinal üslubunun ən mühüm nümunələrindən sayılır.
Malik Atilay



