|
|
|
|
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının 55 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutacaq.
525.az-a Filarmoniyadan verilən xəbərə görə, konsertdə "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə solistlərin ifasında mahnılar, rəqslər təqdim olunacaq.
Konsert 25 dekabr saat 19:00-da baş tutacaq.