|
|
|
|

Gürcüstanda heç bir iğtişaş, xaos və gündəm dəyişikliyi olmayacaq.
525.az xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili etirazları şərh edərkən deyib.
Gürcüstanda hakimiyyətin ölkənin 2028-ci ilə qədər Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını gündəmdən çıxarmaq qərarına cavab olaraq noyabrın 28-də etirazlar başlayıb.
“Mən bütün əhalini və ilk növbədə “Gürcü Arzusu” partiyasının tərəfdarlarını, seçicilərimizi, 1 milyon 120 min insanı hər şeyin yaxşı olacağına təşviq etmək istəyirəm”, - Papuaşvili bildirib.
Onun sözlərinə görə, hakim partiya oktyabrın 26-da keçirilən parlament seçkilərində seçicilərin ona həvalə etdiyi mandatı böyük məsuliyyətlə daşıyır, qoruyur və dəyərləndirir.
"Bu etimad pozula bilməz. Gürcüstandakı hazırkı vəziyyət ölkədə baş verən proseslərin əks-sədasıdır və ölkəmiz bütün bunlardan mütləq sülhlə çıxacaq”, - spiker vurğulayıb.
Pərvanə Sultanova



