Beynəlxalq iqtisadi təşkilatların rəhbərləri ilə “1+10” formatında görüş zamanı Çin sədri Si Cinpin bildirib ki, ticarət müharibələrində qalib ola bilməz.
525.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“Tarif müharibələri, ticarət müharibələri və texnologiya müharibələri tarixi tendensiyalara və iqtisadi qanunlara ziddir. Ona görə də bu müharibələrdə qalib ola bilməz”, - deyə S.Cinpin bildirib.
Görüşdən sonra Çin rəhbəri Vaşinqtonla dialoq aparmağa və iki ölkə arasında əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Si Cinpin həmçinin əlavə edib ki, lazım gələrsə, Çin hakimiyyəti öz maraqlarını müdafiə edəcək və ölkənin suverenliyini qoruyacaq.
İbrahim Cəfərov