|
|
|
|
Filippində "Kanlaon" vulkanının aktivləşməsi üzündən Neqron adasından 87 min insan təxliyə edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən yatmış hesab edilən vulkan "oyanaraq" kül püskürməyə başlayıb.
Kül tullantıları 3 km yüksəkliyə kimi qalxıb. Bu da insanlarda qorxuya səbəb olub. Mümkün faciənin qarşısını almaq üçün yerli hakimiyyət orqanları Neqron adasının təhlükəli zonalarından 87 min insanı təhlükəsiz əraziyə köçürüb.
Qeyd edək ki, "Kanlaon" Filippin ərazisində yerləşən 24 aktiv vulkandan biridir. Sonuncu dəfə bu ilin iyununda püskürən "Kanlaon" 1,5 min insanı yurd-yuvasından köçməyə məcbur etmişdi.
L.Tağıyeva