|
|
|
|

Qərbi Afrika ölkələrindən biri olan Qanada dekabrın 7-də keçirilən prezident seçkilərində ana müxalifət partiyası olan Milli Demokratik Konqresin (MDK) namizədi Con Dramani Mahama qalib gəlib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Müstəqil Seçki Komissiyasının sədri Jan Mensa mətbuat konfransında bildirib ki, dekabrın 7-də keçirilən prezident seçkilərində 276 seçki dairəsindən 267-də səslərin hesablanması prosesi başa çatıb.
Mahama-nın 56,55 faiz səs topladığını deyən Mensa, hakim Milli Vətənpərvər Partiyasının (MPP) namizədi, hazırkı vitse-prezident Mahamudu Bavumianın 41,61 faiz səs topladığını qeyd edib.
Qeyd edək ki, Mensa Con Dramani Mahamanı ölkənin yeni prezidenti elan edib.
Malik Atilay



