|
|
|
|

Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında ayrıca görüşün keçirilməsi planlaşdırılmayıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, dövlət başçılarının MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət etmək imkanı olacaq.
Qeyd edək ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti dekabrın 25-26-da keçiriləcək.



