|
|
|
|

Suriyada Əsəd rejiminin devrilməsindən sonra ölkələrinə qayıdan suriyalıların sayı 12 min 800-ə çatıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, İordaniyanın rəsmi televiziya kanalı olan Əl-Mamlaka TV öz xəbərlərində yaxın günlərdə gedənlərin daha da artacağını bildirib.
Xəbərdə Suriya rejiminin süqutundan sonra İordaniyadan ölkəsinə qayıdan suriyalıların sayının 12 min 800-ə çatdığı, ölkələrinə qayıdan suriyalıların yeganə çıxış qapısının Cabir Sərhəd Qapısı olduğu vurğulanıb.
Həmçinin qeyd olunub ki, Daxili İşlər Nazirliyinin Cabir Sərhəd Qapısından giriş-çıxış üçün müəyyən edilmiş şərtlərlə bağlı açıqlaması olub.
Malik Atilay



