|
|
|
|
Güclü qar Qazaxıstanın Almatı hava limanında 30-dan çox reysin ləğv edilməsinə və gecikməsinə səbəb olub.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə TASS hava limanının onlayn tablosuna istinadən məlumat yayıb.
"Hava şəraitinin pisləşməsi ilə əlaqədar aeroportun istehsalat xidmətləri gücləndirilmiş rejimdə işləyir”, - məlumatda qeyd olunur.
Hava limanı xidmətləri aviareyslərlə bağlı gecikmələri minimuma endirmək üçün bütün zəruri tədbirləri görür.