Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında dialoqun təşkili barədə Vaşinqtondan hələ heç bir siqnal daxil olmayıb.
525.az “Report” a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Siqnal gözləyirik, hələ ki, heç bir siqnal daxil olmayıb", - o qeyd edib.