Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan "Taliban" hərəkatının lideri Heybətullah Axundzadə və Əfqanıstanın baş hakimi Əbdül Hakim Həqqaninin həbsinə order verilməsini tələb edib.
525.az bu barədə “Report” a istinadən xəbər verir.
Prokurorun sözlərinə görə, Axundzadə və Həqqani "gender əsaslı təqib" kimi cinayətlərə görə mühakimə edilməlidir.