|
|
|
|

TQDK Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirib.
525.az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirib.
İmtahan saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.
İmtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfəri imtahana gəlməyib.
İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.



