|
|
|
|

İsrailin Hayfa şəhərində naməlum şəxs şəhər avtovağzalında bıçaqla insanlara hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Nəticədə 4 nəfər kəsilmiş-deşilmiş bıçaq yarası alaraq xəstəxanaya çatdırılıb. Ərazidə olan polis işçiləri bıçaqlı şəxsə atəş açmağa məcbur olub və o, öldürülüb.
Qeyd edək ki, polis həmin adamın şəxsiyyətini dəqiqləşdirməklə yanaşı, hadisənin motivini, həmçinin, əlbirinin olub-olmamasını da araşdırır.

L.Tağıyeva



