|
|
|
|

Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparatının (PUA) hücumu nəticəsində “Hizbullah”ın səhra komandirlərindən biri həlak olub.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, ölən Xodr Haşem “Radvan” xüsusi bölməsinə rəhbərlik edib.
Məlumata görə, Xaşemin idarə etdiyi avtomobilə hücum edilib.



