|
|
|
|

Cənubi Amerika ölkəsi Ekvadorun cənubunda daşqınlar nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb.
525.az xarici KİV-ə istinadən bildirir ki, milli medianın məlumatına görə, El Oro əyalətinin Pinas şəhərində güclü yağışlar insan tələfatına və böyük dağıntılara səbəb olub.
Səlahiyyətlilər indiyədək iki nəfərin öldüyünü, əksəriyyəti yüngül olmaqla 81 nəfərin yaralandığını bildirib.
Qeyd edək ki, San Roque çayının daşması nəticəsində bir çox ev və iş yeri su altında qalarkən, mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir.
Malik Atilay



