|
|
|
|

Cənubi Amerika ölkəsi Ekvadorun cənubunda daşqın nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, milli medianın məlumatına görə, El Oro əyalətinin Pinas şəhərində güclü yağışlar insan tələfatına və böyük dağıntılara səbəb olub. Səlahiyyətlilər indiyədək iki nəfərin öldüyünü, əksəriyyəti yüngül olmaqla 81 nəfərin yaralandığını bildirib.
San Roque çayının daşması nəticəsində bir çox ev və iş yeri su altında qalarkən mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir.
Ləman İlkin



