Akademik Milli Dram Teatrının dekabr repertuarı zəngindir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, dekabr ayı ərzində "Nazirin xanımı", "Xanuma", "Əmir Teymur", "Yaşlı xanımın gəlişi", "Şah Qacar", "Boy çiçəyi", "Sənətkarın taleyi, "Qürbətdən gələn məktublar", "Teleskop" tamaşaları nümayiş olunacaq.
Dekabr ayının sonlarında kollektiv Yunus Oğuzun eyniadlı pyesi əsasında hazırladığı "Nadir şah" tamaşasını da tamaşaçılara təqdim ediləcək. Bununla yanaşı Akademik Teatr şənbə və bazar günlərində "Danışan gəlincik", "Biri var idi, biri yox idi..." nağıl-tamaşaları ilə uşaqları sevindirəcək.