ABŞ-nin hərbi aviasiyası Yəməndəki Hodeyda beynəlxalq hava limanına üç zərbə endirib.
525.az-ın xəbərinə görə, bu barədə Yəmənin “Al Masirah” telekanalı məlumat yayıb.
Martın 20-də ABŞ Silahlı Qüvvələrinin Yəmənin qərbindəki əl-Xodeyda əyalətində Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) mövqelərinə bir sıra hava hücumları həyata keçirdiyi bildirilib.