Rusiyanın Primorski diyarında planlı təlim-məşq uçuşu zamanı “Su-25” təyyarəsi qəzaya uğrayıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, pilot katapult edib, o, axtarış-xilasetmə qrupu tərəfindən tapılıb.