Danimarka hakimiyyəti ABŞ vitse-prezidentinin həyat yoldaşı Uşa Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin səfəri ərəfəsində Qrenlandiyada yüksək təhlükəsizlik tədbirləri görür.
525.az bu barədə “Report” a istinadən xəbər verir.
Danimarka polisinin məlumatına görə, adaya əlavə polis bölmələri və axtarış itləri göndərilib. Ezam edilmiş polis əməkdaşlarının sayı bildirilmir. Yerli KİV-lərin məlumatına görə, söhbət onlarla polis əməkdaşından gedir.
ABŞ-nin ikinci xanımı adaya martın 27-də gedəcək və səfərini martın 29-da başa vuracaq. O, tarixi yerləri ziyarət etməyi və yerli mədəni irslərlə tanış olmağı planlaşdırır.
Daha əvvəl Qrenlandiyanın Baş naziri Mute Eqede ABŞ-nin ikinci xanımının gözlənilən səfərindən narazılığını ifadə edib.