Türkiyənin Uludağ xizək kurortundakı yanğınla əlaqədar 5 nəfər saxlanlıb.
525.az bu barədə "Report" a istinadən xəbər verir.
Bildirilib ki, saxlanılanlardan biri hoteli idarə edən şirkətin meneceridir.
Qeyd edək ki, yanğın zamanı 24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən xizəkçi Berkin Usta və atası həlak olub.
Xizəkçinin anası Fikriye Usta isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.