Fransada 18 yaşlı xizəksürən Marqo Simon məşq zamanı dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Val-d'İzer şəhərində, "Red Bull Alpine Park" turnirini öncəsi baş verib.
Məşq zamanı yıxılaraq xəsarət alan qız həkimlər gələnə kimi canını tapşırıb. Məhz bu üzdən turnirin təşkilat komitəsi yarışı təxirə salıb.
Qeyd edək ki, Marqo Simon 18 yaşına kimi qızlar arasında slalom yarışlarında son çempiondu.
L.Tağıyeva