
İranda zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, Xorasan Rezəvi əyalətinin Raştxar şəhərində 5 bal gücündə zəlzələ olub.
Təbii fəlakət 10 km dərinlikdə baş verib.
Zəlzələ nəticəsində 23 nəfər xəsarət alıb.
İbrahim Cəfərov



