https://525.az/img/pics/medium/2026-06/393412_xrnnpnoh7l.jpg Aqil Abbasın Rəmiş oğurluğu
https://525.az/img/pics/medium/2026-06/393481_haqvm143fj.jpg Əşrəf Veysəllidən poetik nümunələr
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Ölüm astanasından qayıdış - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-06/393414_oe7hncqlrk.jpg UNEC-in Dərbənd filialı: strateji addım və böyük uğurlar
search
5 İyun 2026
4 İyun 2026

Bu klub da Emrelini heyətində görmək istəyir

Bu klub da Emrelini heyətində görmək istəyir

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyada daha bir klubun maraq dairəsinə düşüb.

QOL.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 

27 yaşlı futbolçunun 2024/25 mövsümünün sonunda 2-ci bundesliqa təmsilçisi "Nürnberq"lə müqaviləsi başa çatıb. Emrelinin tezliklə azad agent qismində yeni kluba keçəcəyi gözlənilir. Yüksək ehtimalla bu, yenidən Almaniya komandalarından biri olacaq.

"Bild"in yazdığına görə, hazırda hücumçu axtarışında olan 2-ci bundesliqa klubu "Fortuna" (Düsseldorf) Mahiri heyətində görmək istəyir. Lakin hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, daha əvvəl elə həmin nəşr 1-ci bundesliqanın ən azı bir klubunun (ad açıqlamayıb), 2-ci bundesliqadan isə "Kayzerslautern"in Emrelini heyətində görmək istədiyini yazıb.

Əlavə edək ki, QOL.az saytının daha əvvəl yaydığı xəbərə görə, Azərbaycandan "Neftçi" də Mahiri transfer etmək istəyir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.