|
|
|
|

“Arsenal” futbolçusu Qabriel Maqalyansla yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin üzvü ilə yeni müqavilənin müddəti 2029-cu ilin iyununa qədərdir.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2020-ci ildən “Arsenal”da çıxış edir. O, “Topçular”ın heyətində ümumilikdə 210 oyun keçirib və 20 qol vurub.



