https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Polşa Futbol Assosiasiyasından kapitanlıqla bağlı açıqlama

Polşa Futbol Assosiasiyasından kapitanlıqla bağlı açıqlama

Polşa Futbol Assosiasiyası milli komandada kapitanlığın dəyişməsi ilə bağlı açıqlama yayıb. 

QOL.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada bildirilir: 

"Polşa Futbol Assosiasiyası KİV-də yığma komandanın kapitanının dəyişməsində Polşa millisinin şurasının səbəbkarı olması ilə bağlı yayılan məlumatları inkar edir. Baş məşqçi Mixail Probejin milli komandanın şurası ilə görüşü olmayıb və qərarı məşqçi özü verib". 

Xatırladaq ki, daha öncə Polşa millisinin hücumçusu Robert Levandovski kapitan sarğısından məhrum edilib. O, bu hadisədən sonra baş məşqçi dəyişdirilənə qədər bir daha millidə oynamamaq qərarına gəlib.

Qeyd edək ki, Mixail Probej sözügedən yığmaya 2023-cü ildən baş məşqçilik edir. Onun komandanı çalışdırdığı dövrdə Avro-2024-dən ilk kənarlaşdırılan polşalılar oldu. Daha sonra Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa millinin baş məşqçisini tam dəstəklədiyini bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.