https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Dörd futbolçu "Qarabağ"dan ayrıldı - YENİLƏNİB

Dörd futbolçu "Qarabağ"dan ayrıldı -  YENİLƏNİB

"Qarabağ" futbolçusu Yassin Benzia ilə yolları ayırdığını rəsmən açıqlayıb.

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Ağdam klubu Yassin Benziyaya göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Benzia 2023-c ilin yanvarından "Qarabağ"da oynayırdı. o, bu komandada 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib. "Qarabağ"dakı çıxışlarından sonra Benzia yenidən Əlcəzair millisinı dəvət almışdı. 

***

"Qarabağ" həmçinin Patrik Andrade ilə də yollarını ayırdığı açıqlayıb. Onun da klubla müqaviləsi iyunun 30-na qədər idi. 

2020-2022-ci illərdə "Qarabağ"da çıxış edən 32 yaşlı futbolçu 2023-cü ilin yayında yenidən Ağdam klubuna qayıtmışdı. Kabo-Verdeli yarımümdafiəçi başa çatan mövsümdə "Qarabağ"da 39 oyuna 3 qol vurub, 2 qol ötürməsi edib.

***

Marko Veşoviçlə də başa çatan müqavilə yeniilənməiyb. Klub monteneqrolu müdafiəçiyə də xidmətlərinə görə təşəkkür edib. 33 yaşlı futbolçu 2021-ci ilin iyun ayından "Qarabağ"da oynayırdı. O, son mövsümdə "Qarabağ"da 31 oyuna çıxıb və 3 qol ötürməsi eidb.

***

"Qarabağ" İsmayıl İbrahimli ilə də yollarını ayırıb. Son iki mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.