https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Bütün dünya xüsusi bir şeyin baş verdiyini anlayacaq”

"Bütün dünya xüsusi bir şeyin baş verdiyini anlayacaq”

FIFA-nın prezidenti Canni İnfantino klublararası dünya çempionatının əhəmiyyətindən danışıb. 

525.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib:

“Avropadakı vəziyyətdən çıxış edirdim. Orada bütün bu TOP klublar, əla turnirlər var, dünyanın hər yerindən oyunçular iştirak edir. Amma bir futbol azarkeşi kimi deyə bilərəm ki, Avropa klublarından kənardakı komandalar heç vaxt özlərini göstərmək üçün əsl səhnə əldə etməyiblər.

Klub futbolunun inkişafı üçün – bu, dünya futbolunun 80 faizini təşkil edir – qlobal yarışa ehtiyac var. Çünki çoxlu vəsait yatıraraq istedadlar yetişdirən bütün klublara imkanlar verilməlidir.

Bu, dünyanın müxtəlif ölkələrində çox sayda insanı, uşaqları ruhlandırır. Onlar ümid edir ki, vacib bir layihənin bir parçası ola bilərlər. Bu, böyük bir hekayədir və əminəm ki, turnir başladıqdan sonra bütün dünya burada xüsusi bir şeyin baş verdiyini anlayacaq”.

Qeyd edək ki, turnir ABŞ-da 15 iyunda start götürəcək. Açılış matçında "İnter Mayami" və "Əl-Əhli" komandaları qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.