https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Azərbaycan Avropa çempionatını qızıl medalla başa vurdu

Azərbaycan Avropa çempionatını qızıl medalla başa vurdu

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı başa çatıb.

525.az xəbər verir ki, yarışın son günündə Azərbaycan sərbəst güləşçiləri 4 medal uğrunda mübarizə aparıblar.

Səid Paşayev (92 kq) Avropa çempionu olub. Həsən Həsənov (60 kq) finalda uduzaraq gümüş medal qazanıb. Ramal Mirhüseynov (51 kq) isə bürünc medala sahib çıxıb. Ömər Usubov (45 kq) isə üçüncü yer uğrunda görüşdə məğlub olub.

Beləliklə, Azərbaycan Avropa çempionatını ümumilikdə 12 (5 qızıl, 2 gümüş, 5 bürünc) medalla başa vurub. Qızıl medalları Rihad İbrahimli (110 kq), Əbdürrəhman Hüseynli (45 kq), Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qazanıb. Əli Nəzərov (60 kq) və Həsən Həsənov (60 kq) gümüş medal əldə edib. Bürünc medallara isə Qurban Məcnunov (48 kq), Nicat Yeylaqalıyev (80 kq), Nəzrin Əhmədli (46 kq), Hakim Tağıyev (110 kq) və Ramal Mirhüseynov (51 kq) sahib olublar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.