https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Azərbaycan ilk medalını qazandı

Azərbaycan ilk medalını qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

QOL.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançımız mübarizəyə 1/16 finaldan başlayıb və çinli Tsyanqnan Vanı məğlub edib. 


Zelim 1/8 finalda braziliyalı Luan Almeydaya,  1/4 finalda yaponiyalı Yoonvan Linə qalib gəlib. Lakin Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzub. 

O, 3-cü yer uğrunda görüşə çıxıb. Cüdoçumuz BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilidən üstün olaraq bürünc medalı qazanıb.

Qeyd edək ki, Azərbaycan dünya çempioatında 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

Ötən gün Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) gözlənilməz məğlubiyyətlə üzləşib. O, 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzaraq mübarizəni erkən başa vurub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.