|
|
|
|

Azərbaycanlı bəstəkar və ifaçı Aydan Əliyeva dünyanın müxtəlif ölkərindən musiqiçilərin yer aldığı “The World Album” layihəsinin rəsmi iştirakçısı seçilib.
525.az xəbər verir ki, sənətçi bu layihədə həm bəstələdiyi, həm də ifa etdiyi “Qəribə adam” adlı mahnı ilə təmsil olunur.
200 mahnı, 93 dil, 121 janrdan ibarət olan albom 12 saat yarım davam edəcək. Albomun rəsmi buraxılış tarixi 1 avqust 2025-ci ildir.
Qeyd edək ki, bəstəkar-ifaçı Aydan Əliyeva 1998-ci ildə Bakı şəhərində anadan olub. O, 2008-2013-cü illərdə Mərdəkan qəsəbəsində 17 saylı Musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb, 2013-2017-ci illərdə isə Asəf Zeynallı adına Musiqi kollecini İxtisas -Fortepiano, Fakultativ-Xanəndəlik ixtisasları üzrə bitirib. Sonra isə təhsilini Bakı Musiqi Akademiyasının Bəstəkarlıq ixtisası üzrə Professor, Bəstəkar Aydın Əzimov və Arif Məlikovun sinifində davam etdirib.
50-ə yaxın mahnı müəllifi olan Aydan Əliyeva "Azərbaycan Bəstəkarlar İttifaqı"nın üzvüdür.






