https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Çelsi"nin hücumçusuna rəsmi ittiham sürüldü

"Çelsi"nin hücumçusuna rəsmi ittiham sürüldü


İngiltərə Futbol Assosiasiyası (FA) “Çelsi”nin futbolçusu Mixaylo Mudrikə rəsmi şəkildə antidopinq qaydalarını pozduğuna görə ittiham irəli sürüb. 

QOL.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

24 yaşlı hücumçunun dopinq testində qadağan olunmuş “meldonium” maddəsi aşkarlanıb. Hadisə ötən ilin dekabrında baş verib. Ukraynalı oyunçunun tərəfi onun qaydanı bilərəkdən pozmadığını iddia edir.

FA-dan bildirilib ki, futbolçuya qarşı 3 və 4-cü maddələr üzrə rəsmi ittiham irəli sürülüb. Mudriki 4 ilə qədər diskvalifikasiya təhlükəsi gözləyir. Hazırda istintaq davam etdiyi üçün əlavə açıqlama verilmir.

Qeyd olunur ki, Mudrik müdafiəsi üçün daha əvvəl Pol Poqbanın dopinq işində çalışan və cəzanı 18 aya endirən vəkillərlə əməkdaşlıq edir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.