https://525.az/img/pics/medium/2025-07/359312_gaz6qi1635.jpg “525-ci qəzet”in 17 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-07/359281_ymqhxvfu43.jpg YAZILARI SOLMUŞ VƏRƏQLƏRDƏKİ HƏYAT - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2025-07/359280_coljd81spn.jpg “Sonun əvvəli” - ​​​​​​​“Bir rəsmin dedikləri”
https://525.az/img/pics/medium/2025-07/359279_gmsr433gzs.jpeg Əgər o doğulmasaydı... - Aydın Quliyevin 65 yaşına
search
16 İyul 2025

"Zirə"nin kapitanı "Hayduk"la bağlı inamlı danışdı

"Zirə"nin kapitanı "Hayduk"la bağlı inamlı danışdı

"Rəqibimizin güclü olmasının fərqindəyik. Amma biz də mərhələni keçmək üçün əlimizdəın gələni edəcəyik".

Bu sözləri QOL.az-a açıqlamasında "Zirə"nin kapitanı Qismət Alıyev deyib.

Həmçinin oxuyun: "İnanıram ki, mərhələni keçən biz olacağıq” - Rəşad Sadıqov

O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri "Hayduk" haqda danışıb: "Xorvatiyanın dünya futbolunda yeri hamımıza məlumdur. "Hayduk" isə ölkənin ən güclü komandalarından biridir. Mövsümü çempion komandadan cəmi 2 xal geridə başa vurublar. Hətta son anda çempionluğu əldən veriblər".

Q.Alıyev Xorvatiya klubunun güclü olmasına baxmayaraq, mərhələni keçəcəklərinə inandığını bildirib: "Komandamızda əhval-ruhiyə əladır. Yaxşı nəticəyə ümidliyik. Hələ ki, oyuna qədər vaxt var. Rəqibi analiz etməyə, oyunlarını izləməyə imkanımız olacaq. Ondan sonra rəqibi daha yaxşı tanımaq olar. İnanıram ki, yekunda mərhələ keçib azarkeşlərimizi sevindirərik".

Q.Alıyev Konfrans Liqasında irəliləmək perspektivləri ilə bağlı isə bunları deyib: "Turnirdə mümkün qədər irəli getmək istəyirik. Ancaq ilk növbədə “Hayduk”la oyunu düşünürük. Rəqibi keçə bilsək, bu haqda danışmaq olar. Yaxşı heyətimiz var. Çalışacağıq ki, maksimum  nəticə qazanaq".

Qeyd edək ki, "Zirə" "Hayduk"la iyulun 24-də evdə, 31-də isə səfərdə qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.