https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Həbib Nurməhəmmədovla İslam Maxaçev Bakıya gəliblər

Həbib Nurməhəmmədovla İslam Maxaçev Bakıya gəliblər

Tanınmış rusiyalı MMA ulduzları Həbib Nurməhəmmədov və İslam Maxaçev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirində iştirak etmək üçün Azərbaycana gəliblər.

525.az xəbər verir ki, bu barədə "MMA Azərbaycan" məlumat yayıb.

H.Nurməhəmmədov yüngül çəkidə UFC-nin sabiq çempionudur. 2021-ci ildə karyerasını bitirən rusiyalı keçirdiyi 29 görüşün hamısında qalib gəlib.

İ.Maxaçev də yüngül çəkidə UFC-nin sabiq çempionudur. Karyerasını davam etdirən idmançı keçirdiyi 28 döyüşün 27-də rəqiblərini məğlub edib.

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər. Azərbaycanı turnirdə Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov təmsil edəcəklər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.