https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Qarabağ"a "hə" deməkdə tərəddüd etmədim” - Pedro

"Qarabağ"a "hə" deməkdə tərəddüd etmədim” - Pedro

"Qarabağ"ın yeni transferi Pedro Bikalyo Ağdam təmsilçisinə keçidindən danışıb.

525.az xəbər verir ki, yarımmüdafiəçi klubun saytına açıqlamasında "Qarabağ"a gəlməkdə tərəddüd etmədiyini deyib: 

"Qarabağ"ı Avropadakı çıxışlarına görə tanıyırdım. Təklif aldıqdan və danışıqlara başlayandan sonra dərhal klubla bağlı geniş araşdırma apardıq, daha ətraflı məlumat topladıq. Şahidi olduğumuz mənzərə bizi çox sevindirdi. Öncədən klub barədə belə məlumatlı deyildik. "Qarabağ" regionun ən böyük klubudur, ölkə daxilində ardıcıl uğurlar əldə edir, avrokuboklarda yaddaqalan nəticələrə imza atır. Bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”.

Bikalyo hədəflərinə də toxunub: “Mənim üçün yeni klub yeni çağırışdır. Komandaya tez uyğunlaşmağa və bir parçasına çevrilməyə çalısacam. Çempionlar Liqası həyəcanı yaşayacağım “Qarabağ”ın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm. Burada daha da inkişaf etmək imkanından yararlanacam. Böyük hədəfləri olan komandaya qoşulmuşam. Komandamızın yeni mövsümdə də hədəfləri eynidir. Məqsədimiz əvvəlki illərdə olduğu kimi, avrokuboklarda uğurlu nəticələr qazanmaq və ölkəni layiqincə təmsil etməkdir. Daxili yarışlarda da liderliyimizi qorumaq üçün çalışacağıq. Azərbaycanda futbolun inkişaf etdiyini bilirəm. Həm Avropada, həm də Premyer Liqa və kubokda güclü rəqiblərimiz olacaq. Azarkeşlərimizi növbəti titullarla sevindirmək üçün mübarizə aparacağıq".

Qeyd edək ki, "Qarabağ" Pedro ilə 3+1 illik müqavilə imzalayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.