https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Azərbaycanın futbol komandası Bolqarıstanda beynəlxaq turnirin qalibi olub

Azərbaycanın futbol komandası Bolqarıstanda beynəlxaq turnirin qalibi olub

Bolqarıstanın Albena şəhərində “Golden Sands Cup 2025” beynəlxalq futbol turnirində Azərbaycanın “Ulduz” Futbol Akademiyasının 11 yaşlılardan ibarət komandası bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.

525.az xəbər verir ki, Azərbaycan təmilçisi Bolqarıstan, Moldova, Rumıniya və Ukraynadan 12 komandanın mübarizə apardığı turnirin qrup mərhələsində “Kids”ə (Moldova) 3:0, “CFR Timişoara”ya (Rumıniya) 9:0 və “Champion”a (Ukrayna) 12:1 hesabı ilə qalib gələrək yarımfinala qrup birincisi kimi vəsiqə qazanıb.

Komandamız yarımfinalda Moldova “Juppiter”ini (6:3), finalda isə ev sahibi “Çerno More”ni (1:0) məğlub edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə 8 yaşdan 15 yaşadək istedadlı uşaqları heyətə cəlb edərək yaradılmış “Ulduz” FA qısa müddətdə ölkə çempionatında uğurlu çıxışı ilə fərqlənir. Nazirlik artıq 4 ildir ki, ölkəmizdə aşağı yaş qrupları üzrə beynəlxalq futbol turnirləri təşkil edir. “Qol-15” Bakıda, “Ulduz Cup” isə Quba şəhərində keçirilib.

Bu yaxınlarda Qubada növbəti dəfə keçiriləcək “Ulduz Cup” beynəlxalq turnirində ölkəmizin “Ulduz” FA və “Qarabağ”, eləcə də, Türkiyənin “Trabzonspor Scholl”, Özbəkistanın “Paxtakor”, Gürcüstanın “Dinamo” (Tbilisi), Küveytin “Grand” FA, Qırğızıstanın “Sdushorhsı, Qazaxıstanın “Şaxtyor” FK (Karaqanda) və Qətərin “Aspire Academy” komandaları mübarizə aparacaqlar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.