https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Yeni klubu Mahirin transferini rəsmən elan etdi

Yeni klubu Mahirin transferini rəsmən elan etdi

Almaniya 2-ci bundesliqa təmsilçisi “Kayzerslaytern” Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transferini rəsmən açıqlayıb.

525.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, azad agent kimi - təzminat ödənilmədən heyətə cəlb olunub.

“Emrelinin timsalında “Qırmızı şeytanlar”ın heyətinə artıq beynəlxalq arenada təcrübə qazanmış bir futbolçu qoşulur” - deyə məlumatda bildirilir.

Klubun idman direktoru Marsel Klos transfer haqqında bunları bildirib:

“Biz çox şadıq ki, Mahiri digər təkliflərə baxmayaraq, “Kayzerslautern”ə keçməyə inandıra bildik. O, əvvəlki klublarında, xüsusilə də keçən mövsüm “Nürnberq”də özünün qol təhlükəliliyini sübut etdi. Sürəti, daim hərəkətdə olması, zərbə qabiliyyəti və hücum xəttində müxtəlif mövqelərdə oynamaq bacarığı ilə komandamızın hücum potensialını artıracaq keyfiyyətlərə malikdir. Təcrübəsi sayəsində biz əminik ki, Mahir yalnız meydanda yox, həm də meydandan kənarda mühüm rol oynaya bilər. O, bizimlə bu yolu getmək üçün motivasiyalıdır və bu da bizi sevindirir”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.