https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Qara Qarayev “Araz-Naxçıvan”a gəlməyi məsləhət bildi” -  Patrik Andrade

“Qara Qarayev “Araz-Naxçıvan”a gəlməyi məsləhət bildi” -  Patrik Andrade

Bir neçə gün əvvəl “Araz-Naxçıvan”la müqavilə imzalayan Patrik Andrade artıq Bakıdadır.

525.az xəbər verir ki, yeni transfer bu gün komandanın səhər məşqində iştirak edib.

Kabo-Verde millisinin üzvü klubun mətbuat xidmətinə açıqlamasında “Araz-Naxçıvan”a keçidini beılə şərh edib: “İlk növbədə mənə təklif göndərdiyinə və heyətində görmək istədiyinə görə “Araz-Naxçıvan”a təşəkkür edirəm. Bu komanda UEFA Konfrans Liqasında iştirak edəcək və rəhbərlik güclü heyət qurmağa çalışır. Həm mənim, həm də komandam üçün də yaxşı keçid olduğunu düşünürəm. “Araz-Naxçıvan”a bələdəm. Onlarla rəqib kimi qarşılaşmışıq”.

O, seçim edərkən dostunun məsləhətinə üstünlük verdiyini də dilə gətirib: “Araz-Naxçıvan”dan təklif gələn zaman vaxtilə bir klubda oynadığımız, hazırda da dostluq münasibətimiz olan Qara Qarayevlə danışdım. Klubla bağlı məlumatlı olsam da, ondan da bəzi suallarıma cavab aldım. Dostum bura gəlməyi məsləhət bildi. Yenə deyirəm, qarşıda bizi çətin Konfrans Liqası oyunları və gərgin çempionat matçları gözləyir. Deməli, birgə bu oyunlarda uğur qazanmalıyıq”.

Yarımmüdafiəçi Konfrans Liqasındakı rəqiblə bağlı da qısa fikir bildirib: “Mövsümə “Aris”lə oyunlarla başlayacağıq. Hazırlaşmaq, işləmək üçün zamanımız var. Əlbəttə, bizi çətin oyunlar gözləyir. Maraqlı qarşılaşmalar olacaq. Yaxşı hazırlaşmaq üçün çox çalışmalıyıq. Gündən-günə daha yaxşı olacağıq və hər birimiz mərhələ keçməyə köklənməliyik”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.